Fransa digər müttəfiqləri ilə birlikdə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevrilməyə hazırdır.
HİT.az xəbər verir ki, bunu brifinqdə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-ın Fransa, Almaniya və Böyük Britaniya ilə birlikdə təhlükəsizlik qarantı rolunu oynaya biləcəyinə dair KİV-də dərc olunan məqaləni şərh edərkən bildirib.
“Fransa Ukrayna ilə uzunmüddətli perspektivdə özünü qorumağa və gələcəkdə mümkün təcavüzlərin qarşısını almağa kömək edəcək təhlükəsizlik təminatlarının verilməsinə yönəlmiş sazişlər üzrə razılığa gəlməyə hazırdır”, deyə bəyanatda qeyd edilir.
Ukrayna gələcəkdə Rusiya da daxil olmaqla, təcavüz etməmək üçün effektiv təhlükəsizlik zəmanəti almaq üçün NATO-ya daxil olmaq niyyətindədir. Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna hətta Alyansa qoşulmazdan əvvəl də təhlükəsizlik zəmanəti almaq istəyir.
WSJ daha əvvəl bildirmişdi ki, müttəfiqlər Ukrayna üçün İsraildəkinə bənzər, silah və qabaqcıl texnologiyaların tədarükünə üstünlük verəcək təhlükəsizlik modelini nəzərdən keçirirlər. Belə bir təhlükəsizlik sazişi Ukraynanın gələcək NATO üzvlüyünə doğru irəliləmə prosesi ilə əlaqələndiriləcək, lakin NATO-nu Rusiya ilə heç bir münaqişəyə qaytarmayacaq.
Samir