Çin ABŞ-ın "Micron" şirkətinə mikrosxemlərin satışını məhdudlaşdırıb və bunun ölkənin kibertəhlükəsizliyi üçün "ciddi risklər" yaratdığını bildirib.
HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, Bayden administrasiyası bunun Çinin G7 ölkələrinin liderlərinin Yaponiyada keçirilən sammitdə kritik tədarük zəncirlərində Pekindən asılılığın azaldılması məsələsində tutduqları mövqeyə cavabı ola biləcəyini düşünür.
Məqalədə bildirilir ki, ABŞ Çinin qərarından ciddi narahatdır və öz mövqeyini çatdırmaq üçün ölkə hökuməti ilə qarşılıqlı əlaqədədir.
Dövlət Departamentinin sözçüsü Metyu Miller "Micron"a qarşı addımın Çinin "biznes üçün açıq və şəffaf tənzimləmə çərçivəsinə sadiq olduğu" iddiasına zidd olduğunu deyib.
Bayden administrasiyası qeyd edib ki, ABŞ bu qərarın tam olaraq nəyi ehtiva etdiyini daha yaxşı anlamağa çalışır. Hazırda ABŞ Ticarət Nazirliyi Çin hökuməti ilə əlaqə saxlayır.
Samir