Rusiya Ukraynada münaqişənin dondurulmasını istəyir? - Peskov

DÜNYA
10:57 / 24.05.2023
400

"Rusiya Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır". 

HİT.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Kremlin sözçüsü Dmitri Peskov deyib.

Rusiya Federasiyasının Qərblə həmrəy olub-olmaması ilə bağlı suala cavab verən Peskov deyib ki, Ukraynadakı münaqişənin donmasına imkan verilməməlidir:

"Rusiya həmrəydir. Rusiya yalnız xüsusi hərbi əməliyyatı başa çatdırmaq imkanlarını nəzərdən keçirir: öz maraqlarını təmin etmək, Rusiyanın qarşısında duran məqsədlərə ya xüsusi hərbi əməliyyat, ya da mövcud olan digər vasitələrlə nail olmaq".

Moskva və Kiyev arasında danışıqların baş tutması ehtimalını şərh edən Kreml sözçüsü bildirib ki, Ukraynada Rusiya ilə danışıqların aparılması rəsmən "qadağan olunduğu üçün dialoqun baş tutması” mümkün deyil.

Samir

0