Rusiya və Çin yeni iqtisadi sazişlər imzaladı

DÜNYA
13:42 / 24.05.2023
423

Rusiyanın baş naziri Mixaiı Mişustin Çinə səfəri zamanı baş naziri Li Qianq ilə danışıqlar aparıb və bir sıra iqtisadi sazişlər imzalayıb.

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, Mişustin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Çinə səfər edən ən yüksək vəzifəli rusiyalı məmurdur.

Görüşdə Rusiyanın baş naziri “Rusiya ilə Çin arasında münasibətlərin görünməmiş yüksək səviyyədə olduğunu” bəyan edərək, bunun “beynəlxalq arenada artan turbulentlik və kollektiv qərbdən sensasion təzyiqlərin müntəzəmliyi” ilə bağlı olduğunu vurğulayıb.

İmzalanan memorandumlara ticarət xidmətləri sahəsində investisiya əməkdaşlığının dərinləşdirilməsi haqqında saziş, kənd təsərrüfatı məhsullarının Çinə ixracına dair saziş, idman sahəsində əməkdaşlıq haqqında saziş daxil edilib.

"Reuters"in məlumatına görə, Çinin Rusiyaya ixracı mart ayında iki dəfədən çox artdıqdan sonra illik müqayisədə 153,1% artaraq aprel ayında da artmağa davam edib. Həmçinin bu il Rusiyadan Çinə enerji daşıyıcılarının tədarükünün 40% artacağı proqnozlaşdırılır və Rusiyaya texnoloji avadanlıqların tədarükü də müzakirə olunur.

Samir

0