Son 20 ilin ən güclü tayfunu olan “Mavar” tayfunu Amerikanın Sakit okeanın qərbindəki Quam adasına yaxınlaşır.
HİT.az bu barədə “The New York Post”a istinadən xəbər verir.
Bu hadisə 2002-ci ildəki Super Typhoon Pongson-dan sonra böyük qasırğanın ilk dəfə quruya yaxınlaşması ola bilər.
Milli Meteoroloji Xidmət "Facebook"da yazıb ki, "bu, Quam adasında bir çox insanın hələ qarşılaşmadığı ən güclü qasırğa uzun illərdən sonra ilk dəfə olacaq".
Sakinlərə alçaq əraziləri boşaltmaq və dəmir-beton konstruksiyalara sığınmaq tapşırılıb.
Nəşr qeyd edir ki, “Mavar” tayfunu beş dərəcənin dördüncü dərəcəsində qasırğaya bərabərdir. Son məlumatlara görə, küləyin maksimal sürəti 225 km/saata çatır. Adada ABŞ ordusunun üzvləri də daxil olmaqla 160 mindən çox insan yaşayır.
Bundan əvvəl Ağ Ev ABŞ prezidenti Co Bayden Quamda fövqəladə vəziyyət elan etdiyi və dağıntıların qarşısını almaq üçün yerli rəhbərliyə əlavə olaraq federal yardımın göstərilməsini əmr etdiyi bir bəyanat yaymışdı.
Samir