Avropa Komissiyası enerji qiymətləri ilə mübarizəyə son qoyur - "Reuters"

DÜNYA
20:19 / 24.05.2023
358

Avropa Komissiyası Avropa İttifaqı hökumətlərinə enerji qiymətlərinə dəstək tədbirlərini bu ilin sonuna qədər dayandırmağı tövsiyə edib.

HİT.az xəgər verir ki, “Reuters”in Aİ icra orqanının illik tövsiyələrinə istinadən verdiyi xəbərə görə, bu, dövlət maliyyəsini nəzarətdə saxlamaq və 2024-cü ildə yeni büdcə qaydalarına riayət etmək üçün zəruridir.

"Bütün üzv dövlətlər 2023-cü ilin sonuna qədər mövcud enerji dəstəyi tədbirlərini dayandırmalıdırlar", tövsiyələrdə deyilir.

Eyni zamanda vurğulanır ki, enerji daşıyıcılarının qiymət artımının bərpası dəstək tədbirlərinin həyata keçirilməsini tələb edirsə, onlar həssas vəziyyətdə olan ev təsərrüfatlarının və firmaların müdafiəsinə yönəlməlidir.

Enerji qiymətləri yenidən aşağı düşdükcə, bu cür dəstəyi əsaslandırmaq daha çətindir və bir çox ölkələr Aİ-nin maliyyə qaydalarının islahatının bir hissəsi kimi Avropa Komissiyası tərəfindən tövsiyə olunan xalis ilkin xərclərin hədlərini yerinə yetirə bilməyəcəklər.

Samir

0