Trampın əsas rəqibi Ukraynadakı müharibə haqqında nə düşünür?

DÜNYA
23:10 / 25.05.2023
428

ABŞ-da Respublikaçıların prezidentlik yarışında Donald Trampın əsas rəqibi olan Florida qubernatoru Ron DeSantis 2025-ci ildə vəzifəyə başlamazdan əvvəl Ukraynadakı müharibənin “həllini” görmək istədiyini bildirib.

HİT.az xəbər verir ki, "Fox News"da Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı hərəkətlərinin nə olacağı ilə bağlı sualı cavablandıran Desantis, vəzifəyə başlamazdan əvvəl savaşın bitdiyini görmək istədiyini deyib.

O, həmçinin Amerika ordusunun Ukraynadakı müharibədə iştirak ehtimalını rədd edib.

Qeyd edək ki, ABŞ-da növbəti seçki 2024-cü ilin payızında keçiriləcək. Ölkənin hazırkı rəhbəri Co Bayden, eləcə də sabiq dövlət başçısı Donald Tramp bu post uğrunda mübarizə aparacaq. Lakin bu yaxınlarda Ron DeSantis də prezidentliyə namizədliyini irəli sürüb. O, Tramp kimi Respublikaçılar Partiyasından namizəd olmaq istəyir.

Daha əvvəl Tramp qələbə qazanacağı təqdirdə Ukraynadakı müharibəni 24 saata bitirə biləcəyini bildirib. Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski bu sözlərə şübhə ilə yanaşaraq, Trampın artıq 2014-cü ildə münaqişəyə son qoymaq şansının olduğunu, lakin bundan istifadə etmədiyini bildirib.

Samir

0