ABŞ \"Vaqner\"in Malidəki liderinə sanksiya tətbiq edəcək - SƏBƏB

13:25 / 26.05.2023
342

ABŞ Maliyyə Nazirliyi Rusiyanın Malidəki təhlükəsizlik şirkəti "Vaqner" qrupunun rəhbərinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

HİT.az xəbər verir ki, nazirlik Malidəki "Vaqner" qrupunun lideri İvan Maslova qarşı sanksiyaların tətbiq edilməsinin səbəbi kimi "Kremlin Ukraynadakı Rusiya qüvvələrinə silah çatdırmaq üçün Qərbi Afrika ölkəsi Malidən istifadə etməsi"ni göstərib.

Açıqlamada Maslovun Ukraynadakı Rusiya qüvvələrinə çatdırmaq üçün xarici tədarükçülərdən minalar, pilotsuz uçuş aparatları və müxtəlif silah sistemləri almağa çalışdığı bildirilib.

ABŞ-ın hər hansı ölkənin "Vaqner" qrupu vasitəsilə Rusiyaya yardım göstərmə səylərinə qarşı olduğu vurğulanan açıqlamada, “Vaqner" qrupu Ukraynada istifadə üçün hərbi texnika əldə etmək səylərini, o cümlədən Malidəki fəaliyyətlərini gizlətməyə çalışır" deyilir.

Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə Maliyyə Nazirliyinin müşaviri Brian E. Nelson bildirib ki, sanksiyalar "Vaqner" qrupunun qlobal əməliyyatlarını dəstəkləyən əsas icraçının müəyyən edilməsi və fəaliyyətinin dayandırılması deməkdir.

Nelson qeyd edib ki, "Vaqner" qrupunun Afrika qitəsində mövcudluğu region ölkələri üçün sabitliyi pozur.

Samir

0