Lukaşenko Putinlə görüşdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - İDDİA

DÜNYA
19:07 / 28.05.2023
341

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə görüşdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, bu iddia ilə belaruslu müxalifətçi Valeri Tsepkalo çıxış edib.

"Əlavə təsdiq tələb edən bizdə olan məlumata görə, Lukaşenko Putinlə bağlı qapılar arxasında görüşəndən sonra təcili olaraq hazırda olduğu Moskva Mərkəzi Klinik Xəstəxanasına aparılıb. Onu xəstəxanadan çıxarmaq üçün ən yaxşı həkimlər göndərilib. Həkimlər vəziyyətini kritik qiymətləndiriblər. Qan yuyulması aparılıb, Lukaşenkonun vəziyyəti köçürülməsinə imkan vermir", deyə müxalifətçi "Telegram" yazıb.

Daha sonra Tsepkalo əlavə edib ki, Lukaşenkonun Rusiyada qalmasını tibbi müayinədən keçirməklə izah etməyə çalışırlar: "Belə versiyanın ortaya çıxması tamamilə təbiidir. Çünki bu xəstənin hələ də çətin olaraq qalan real vəziyyətini gizlətmək cəhdidir".

0