Türkiyə YSK Ərdoğanın qələbəsini elan etdi - YENİLƏNİB

DÜNYA
22:55 / 28.05.2023
378

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.

HİT.Az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.

20.12

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 82.64 faizi açılıb.

HİT.Az xəbər verir ki, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 53.41%-nin (22,733,801), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46.59%-nin (19,830,274) səsini qazanıb.

19.34

Türkiyə Yüksək Seçim Qurumu ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.

HİT.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, ilkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 57,09 faiz, Kamal Kılıçdaroğlu 42,91 faiz səs.

İndiyədək seçki qutularının 42,78 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar "Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

0