Əkrəm İmamoğlu CHP sədri olur?

DÜNYA
11:03 / 30.05.2023
667

Türkiyədəki seçkilərin ardından Cümhuriyyət Xalq Partiyasında (CHP) gərginlik müşahidə olunur.

HİT.az xəbər verir ki, partiya üzvləri günlərdir CHP sədri Kamal Kılıçdaroğlunun istefasını tələb edirlər.

Hərçənd ki, Kılıçdaroğlu istefa vermək niyyətində olmadığını "mübarizəyə davam edəcəyəm" sözü ilə bəyan etdi.  Lakin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun CHP sədri olmasını istəyənlərin və bunun üçün ona təzyiq göstərənlərin sayı durmadan artmaqdadır. 

Son məlumatlara görə, 40 bələdiyyə sədri İmamoğluna CHP sədri olmaq üçün çağırış edib. Qaydalara əsasən gələn ilin mart ayında keçirilməli olan qurultayın vaxtının əvvələ salınması tələb olunur. Hazırda CHP üzvləri iki yerə ayrılıb. Onların bir qismi Kılıçdaroğlunun davam etməsini, bir hissəsi isə növbədənkənar qurultay keçirilməsini və İmamoğlunun partiya sədri olmağını istəyir.

Qeyd edək ki, Əkrəm İmamoğlu da seçkidən sonra paylaşdığı video ilə xeyli müzakirə olundu. O, Kamal Kılıçdaroğlunun adını çəkmədiyi videoda dəyişim mesajı verərək, "Dəyişməyən tək şey dəyişiklikdir, eyni şeyləri edərək, fərqli nəticələr gözləyə bilmərik" sözləri ilə gündəmi alt-üst edib.

Pərviz

0