"Mən Rusiyanın müharibədə qalib gəlmək üçün aydın iradəsini görürəm" - Borrel

DÜNYA
15:11 / 30.05.2023
422

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, o, Ukraynadakı vəziyyətlə bağlı "nikbin deyil".

HİT.az TASS-a istinadən xəbər verir ki, Aİ rəsmisi Rusiyanın Ukrayna münaqişəsində qalib gələnə qədər danışıqlar aparmayacağına inanır.

"Mən Rusiyanın müharibədə qalib gəlmək üçün aydın iradəsini görürəm. Rusiya qalib gələnə qədər danışıqlar aparmayacaq”, deyə Avropa İttifaqının xarici siyasət rəhbəri İspaniyanın Barselona şəhərində keçirilən ekspertlər forumunda çıxışı zamanı deyib.

"Mən bu münaqişənin yayda necə inkişaf edəcəyi ilə bağlı gözləntilərimdə optimist deyiləm", deyə o əlavə edib. Borrelin fikrincə, Avropa İttifaqı Ukraynaya hərbi yardımını artırmağa davam etməlidir.

Samir

0