Seçki bitdi: Türkiyə iqtisadiyyatını nə gözləyir?

DÜNYA
20:00 / 30.05.2023
300

“Türkiyə iqtisadiyyatı kifayət qədər güclü və çox şaxəlidir. Kənd təsərrüfatı, sənaye və turizm sahələri inkişaf edib”.

Bunu HİT.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Türkiyə lirəsinin ucuzlaşmasından danışarkən deyiv.

İqtisadçı ekspertin sözlərinə görə, Türkiyədə idarəetmə, qanunçuluq xeyli yüksək səviyyədədir:

“Biz gözləyirik ki, Türkiyədə iqtisadi inkişaf olacaq. Ərdoğan prezident seçiləndən sonra insanların gələcəyə inamı artıb”.

Ekspert bildirib ki, qiymət artımı real məhsulla təmin edilmədiyi üçün lirənin məzənnəsi düşür:

“Bazarlar ehtimal edir ki, Mərkəzi Bank aşağı faiz uçot dərəcəsi siyasətini davam etdirəcək. Bu da müəyyən mənada Türkiyə üçün problem ola bilər”.

Qeyd edək ki, Türkiyə lirəsi dollar qarşısında rekord həddə ucuzlaşıb. Hazırda Türkiyədə 1 dollar 20,22 lirəyə qədər yüksəlib.

Azra

0