Milyonlarla rus Serbiya vətəndaşlığı ala bilər - Aİ üçün fəlakət

DÜNYA
21:25 / 31.05.2023
407

Serbiyanın ə müxalifət lideri ölkənin vətəndaşlıq haqqında yeni qanununun mümkün nəticələrini proqnozlaşdırıb.

HİT.Az xəbər verir ki, serb hüquqşünası, "Jovten" vətəndaş qrupunun rəhbəri Çedomir Stoykoviçin sözlərinə görə, hazırda Serbiyada Rusiya təbliğatının fəallığında artım müşahidə olunur.

O, ölkənin sağçı radikal təşkilatlarının bunda əli olduğunu və dövlətin özü heç bir şəkildə buna qarşı çıxmadığını iddia edir. Onun sözlərinə görə, hazırda Serbiya Rusiya Federasiyası ilə əlaqələri gücləndirməkdə davam edir, çünki hökumət bunda çox maraqlıdır.

"Serbiya hökuməti artıq vətəndaşlıq haqqında yeni qanunu təsdiqləyib, indi parlamentdə bu məsələ ilə bağlı səsvermə gözlənilir. Qanunun mahiyyəti ondan ibarətdir ki, Serbiyada 12 ay olan hər kəs vətəndaşlıq ala bilər. Mən bilirəm ki, bu qanunu qəbul etmək istəməyimizin səbəbi hazırda Serbiyada olan yüz minlərlə rusiyalıya vətəndaşlıq vermək istəyidir”, deyə vəkil bildirib.

Onun məlumatlarına görə, hazırda bu ölkədə təxminən 200 min rus var ki, onlar səfərbərlikdən qorxduqları üçün Rusiya Federasiyasında yaşamaq istəmirlər, başqa ölkələrdə bizneslərini davam etdirmək istəyirlər və s.

"Əslində bu insanların az bir hissəsi Putinə qarşı mübarizə aparır. Qanun qəbul olunarsa, o zaman bu rusların hamısı vətəndaşlıq alacaq və bu, Avropanın təhlükəsizliyinə təhdiddir. Çünki onun vasitəsilə Serbiya demoqrafik vəziyyət süni şəkildə dəyişəcək. Burada milyonlarla rus vətəndaşlıq alacaq və bütün Avropaya köçə biləcək”, deyə Stoykoviç izah edib.

O xatırladıb ki, hazırda müəyyən ölkələr rusların ölkəyə girişinə qadağa qoyub, lakin bu serb qanunu Rusiya Federasiyasına “məsələnin həllinə” kömək edəcək.

"İndi təsəvvür edək ki, Serbiyaya yüz minlərlə rus gələcək - bu, sadəcə, fəlakət olacaq. Əvvəlcə deyəcəklər "biz liberalıq", müharibəyə qarşıyıq, amma Putindən sonra nə olacaq. FSB həmişə Serbiyanın bu hissəsinə təsir edəcək. Bu hissə Avropanın ortasında Rusiya siyasi partiyasını yarada və Serbiya yeni Kalininqrada çevrilə bilər", deyə Stoykoviç vurğulayır.

Samir

0