Səlahəddin Dəmirtaş siyasətdən getdi

DÜNYA
18:27 / 31.05.2023
374

Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş siyasətdən getdiyini açıqlayıb. 

HİT.az xəbər verir ki, bu barədə S.Dəmirtaş özünün “Twitter” hesabında məlumat yayıb. 

Açıqlamada deyilir: "Öz adımdan xalqımıza layiq bir siyasət ortaya qoya bilmədiyimə görə səmimi qəlbdən üzr istəyirəm. Söz verirəm ki, bu nöqsanları praktiki səylərimlə düzəldəcəyəm. Həmçinin mənə qarşı konstruktiv tənqidə görə təşəkkür edirəm. Tənqidlərdən yararlanmağa çalışacağam. Bütün həbsxana yoldaşlarım kimi müqavimətlə mübarizəni davam etdirərkən, bu mərhələdə aktiv siyasətdən ayrılıram”.

Aydın

0