Ukraynada işğal olunmuş torpaqları azad etmək üçün lazım olan hər şey var - Stoltenberq

17:16 / 01.06.2023
421

Hazırda Ukrayna Rusiya tərəfindən işğal olunmuş əraziləri azad etmək üçün lazımi imkanlara malikdir.

HİT.Az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Osloda (Norveç) qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Bu gün diqqətimiz Ukraynanı NATO-ya necə yaxınlaşdıra biləcəyimizə, onun olması lazım olduğu yerə yönəlib. NATO artıq görünməmiş yardım göstərir. Əminəm ki, Ukrayna qüvvələri indi daha çox işğal olunmuş torpaqları azad etmək üçün lazımi imkanlara malikdir. Amma biz daha çox iş görməliyik", deyə Stoltenberq vurğulayıb.

Bu kontekstdə Alyansın baş katibi xatırladıb ki, etibarlı maliyyə ilə Ukrayna üçün çoxillik dəstək paketi üzərində iş davam edir. O, əmindir ki, uzunmüddətli perspektivdə bu, Ukraynanın müdafiəsini və Rusiyanın çəkindirməsini təmin etməli, Ukraynanın müdafiə sektorunun NATO standartlarına uyğun modernləşdirilməsinə kömək etməlidir.

Samir

0