ABŞ defoltdan qaçdı: Nümayəndələr Palatası kompromis həll yolu tapdı

DÜNYA
17:52 / 01.06.2023
694

ABŞ Konqresinin Nümayəndələr Palatası 31,4 trilyon dollar məbləğində dövlət borcunun tavanının dayandırılmasına dair qanun layihəsini təsdiqləyib. Qərar həm demokratların, həm də respublikaçıların əksəriyyətinin dəstəyi ilə qəbul edilib.

HİT.Az "Reuters"ə istinsdəb xəbər verir ki, qanun layihəsi federal hökumətin borclanma limitini 2025-ci il yanvarın 1-dək dayandırır.

Məqaləyə görə, bu müddət Bayden və Konqresə siyasi riskli məsələni 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərinə qədər təxirə salmağa imkan verəcək.

ABŞ prezidenti Co Bayden “Bu saziş Amerika xalqı və Amerika iqtisadiyyatı üçün yaxşı xəbərdir... Mən Senatdan onu mümkün qədər tez qəbul etməyə çağırıram ki, sənədi imzalaya bilim” deyib.

Qanun layihəsi həmçinin növbəti iki il ərzində bəzi dövlət xərclərini məhdudlaşdıracaq, müəyyən enerji layihələri üçün icazə prosesini sürətləndirəcək, COVID-19 ilə mübarizə üçün ayrılmış istifadə olunmamış vəsaitləri geri qaytaracaq və əlavə alıcıları daxil etməkdə ərzaq yardımı proqramları üçün iş tələblərini genişləndirəcək.

Samir

0