Co Bayden administrasiyası Cənubi Afrikadakı səfirinə qəzəblidir və diplomatın çıxışından sonra bütün gücü ilə bu ölkə ilə münasibətləri xilas etməyə çalışır.
Hit.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazır.
Mayın əvvəlində səfir Ruben Brigeti Cənubi Afrikanın Rusiya gəmisinə bir partiya silah satdığını açıqlamışdı. O, həmçinin Cənubi Afrika hökumətini "qeyri-adi" antiamerikanizmdə ittiham edib və ölkənin elan edilmiş neytrallığını şübhə altına alıb.
“Bu, Amerika rəsmisinin ABŞ-ın Rusiyanı təcrid etmək üçün qlobal səylərin bir hissəsi kimi qəbul etməyə çalışdığı ölkəyə qarşı şok bəyanatı idi”, deyə nəşr yazır.
Bəzi müşahidəçilər ABŞ-ın Cənubi Afrikanın Rusiyayönlü siyasətinə qarşı daha dürüst olması lazım olduğuna inanaraq Brigetinin hərəkətlərini müsbət qiymətləndirsələr də, digərləri, əksinə, açıq şəkildə səsləndirilən ittihamların şişirdilmiş olduğunu və uzun müddət ərzində Amerikanın maraqlarına zərər verəcəyini bildiriblər.
İndi Bayden administrasiyası qəzəbli Cənubi afrikalıları sakitləşdirməyə çalışmaq və səfirlərini açıq şəkildə qınamaq istəməmək arasında tarazlıq yaratmağa çalışır. Bununla belə, jurnalistlərə müsahibə verən ABŞ rəsmiləri Brigetinin hərəkətlərini və açıqlamalarının xarakterini bəyənmədiklərini açıq şəkildə bildiriblər. Səfirin dediklərini deməyə icazəsinin olmadığı qeyd olunur.
Samir