"Millət İttifaqı"nda növbəti kriz: "Səsiniz çox olsaydı..."

DÜNYA
11:55 / 02.06.2023
519

Türkiyədə müxalifət partiyalarının koalisiyası olan "Millət İttifaqı"ndakı kriz davam edir.

HİT.az xəbər verir ki, seçkidəki məğlubiyyətin ardından parçalanan koalisiyadakı partiyalar bir-birlərini ittiham edirlər.

Son olaraq, Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədr müavini Mehmet Emin Ekmen İYİ Partiyaya təpki göstərib:
"İYİ Partiyanın bəzi şəhərlərdə ayrı listədən parlament seçkilərinə qatılması "Millət İttifaqı"nın 15-20 deputat itirməsinə səbəb oldu".

İYİ Partiyadan da məsələyə reaksiya gecikməyib. Partiyanın qurucu üzvü Metin Engünün cavabı sərt olub:
"Sözünüzün çoxluğu qədər səsiniz olsaydı, seçkinin nəticəsi fərqli olardı".

Qeyd edək ki, İYİ Partiya və Səadət Partiyası "Millət İttifaqı"nın dağıldığını açıqlayıb.

Pərviz

0