Bir qrup ərəb ölkəsi Avropa İttifaqını Ərəb Liqasına (LAS) üzvlüyünün bərpasından sonra Suriyaya qarşı “açıq qapı” siyasətinə keçməyə razı salmağa çalışır.
HİT.az xəbər verir ki, bu barədə ərəb KİV-ləri məlumat yayıb.
“Ərəb qrupu Aİ-ni Dəməşqə qapılarını açmağa inandırmağa çalışır, lakin bu məsələ Ciddə sammitində razılaşdırılanlara uyğun olaraq “addım-addım” siyasəti tələb edir”, deyə məlumatda qeyd edilir.
Bildirilir ki, Ərəb Liqasına üzv olan bəzi ölkələr də Dəməşqə qarşı sanksiyaların yumşaldılması istiqamətində atılacaq addımları müzakirə etmək üçün “Avropa qrupu” ilə görüşmək niyyətindədirlər.
Mayın əvvəlində Avropa Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirmişdi ki, Avropa İttifaqı ən böyük regional təşkilat olan Ərəb Liqasına üzvlüyün bərpasına baxmayaraq, Dəməşqlə münasibətləri normallaşdırmayacaq. O, həmçinin təsdiqləyib ki, Aİ bu ölkə ilə münasibətləri normallaşdırmadan Suriyanın yenidən qurulmasında iştirak etməyəcək. Eyni zamanda, normallaşma, Suriyada BMT-nin iştirakı ilə “siyasi prosesin irəliləyişindən” asılıdır.
Samir