ABŞ-da defoltun ləğvi Yaponiya iqtisadiyyatına təsir etdi - 32 il sonra

DÜNYA
19:57 / 02.06.2023
463

ABŞ qanunvericiləri milli borc tavanının artırılmasına səs verdikdən sonra Yaponiyanın Nikkei indeksi son 32 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Hit.az "Reuters"ə istinadən xəbər verir ki, Nikkei indeksi 1,21% artaraq 31 384,93-ə çatıb. Bu da 1990-cı ilin iyul ayından bəri ən yüksək səviyyədir.

ABŞ-ın əsas fond indeksləri isə 2022-ci ilin avqustundan bəri ən yüksək səviyyədə bağlanıb.

Son beş seansda Nikkei 2% artaraq səkkizinci ardıcıl həftəlik qazancını qeyd edib. Cümə günü indeksə daxil olan 202 səhm bahalaşıb, yalnız 16 səhm ucuzlaşıb.

Qeyd edək ki, Nikkei Yaponiyanın ən mühüm fond indekslərindən biridir. Tokio Fond Birjasının birinci bölməsində 225 ən böyük şirkətin səhmlərinin qiymətlərinin sadə arifmetik ortalaması kimi hesablanır. İndeks ilk dəfə 7 sentyabr 1950-ci ildə Tokio Fond Birjası tərəfindən Tse Adjusted Stock Price Average adı ilə dərc edilib.

Samir

0