Ərdoğan and içdi - YENİLƏNİB/FOTO

DÜNYA
16:23 / 03.06.2023
536

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.

HİT.az xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.

Bununla da Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb.

Ərdoğan mərasimdən sonra Anıtqəbiri ziyarət edəcək. Türkiyə prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə rəqiblərinə qalib gələrək Türkiyənin növbəti 5 il üçün prezidenti seçilib.

16.08

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.

Hİt.az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir.

Ərdoğanı parlamentin müvəqqəti sədri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı qarşılayıb.

Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.

Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

 

0