TBMM-yə yeni sədr bu tarixdə seçiləcək

DÜNYA
18:41 / 03.06.2023
470

Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədrin seçiləcəyi tarix məlum olub.

HİT.az xəbər verir ki, TBMM-yə yeni sədr seçimi 7 iyun saat 16:00-da keçiriləcək.

Bunu TBMM-nin müvəqqəti sədri, MHP lideri Devlet Bahçeli bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra açıqlayıb.

Qeyd edək ki, bu gün TBMM-in Baş Assambleyası Ərdoğanın andiçmə mərasimi üçün toplanıb.

0