Məğlubiyyətdən sonra ağladı

19:00 / 04.06.2023
548

İtaliyalı qapıçı Canluici Buffon pley-off mərhələsində "Kalyari"yə uduzduqdan sonra göz yaşlarına boğulub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Parma" İtaliya liqasında yüksəlmək üçün pley-off mərhələsinin finalına çıxmaq uğrunda mübarizədə "Kalyari"yə məğlub olub. Komandaların ilk oyunu 3:2 hesabı ilə "Kalyari"nin xeyrinə başa çatıb, ikinci görüşdə futbolçular qol vura bilməyib, iki görüşün yekun hesabı dəyişməz qalıb.

“Parma”nın qapıçısı Canluici Buffon məğlubiyyətə çox üzülüb və göz yaşlarını saxlaya bilməyib.

Buffon klub karyerasına 1995-ci ildə komandanın gənclər heyətində dörd il qaldıqdan sonra “Parma”da başlayıb. 2001-ci ildə "Yuventus"da oynamağa başlayıb və cəmi 20 il sonra, 2021-ci ildə yenidən "Parma"nın qapısını qorumağa başlayıb.

0