Avstraliyada 4 uşağını öldürməkdə təqsirli bilinən və 20 il həbsxanada qalan Ketlin Folbiq adlı qadın azadlığa çıxıb.
HİT.az xəbər verir ki, "ölkənin ən dəhşətli serial qatili" olaraq xarakterizə edilən Ketlin Folbiqin ən kiçiyi 19 günlük və ən böyüyü 19 həftəlik olan 4 uşağı naməlum səbəblərdən 10 il ərzində qəflətən ölüb.
2004-cü ildə sona çatan məhkəmə çəkişməsində ittiham tərəfi ananın uşaqlarını boğaraq öldürdüyünü iddia edərkən, Folbiq qətl ittihamını rədd edib və uşaqların təbii yolla öldüyünü deyib.
"Guardian" qəzetində yer alan xəbərə görə, elm bədbəxt ananın günahsızlığını sübut edib.
Həyatını itirən uşaqlarda çox nadir rast gəlinən və ani epilepsiya və ya infarkt keçirə bilən genetik mutasiya aşkar edildiyi açıqlanıb.
Prokurorluq, yeni məlumatlar fonunda Folbiqin uşaqlarını öldürdüyünə dair ciddi şübhələrin olduğunu və bu səbəbdən azadlığa buraxıldığını açıqlayıb.
Elm adamları, apardıqları genetik araşdırma nəticəsində ölən iki qızın daha əvvəl kəşf edilməmiş bir genetik mutasiya nəticəsində öldüyünü və bu vəziyyətin "ehtimal ki, patogen" olduğunu bildiriblər.
Digər iki oğlandakı vəziyyət fərqli bir genetik mutasiya olub, lakin elm adamları daha çox araşdırmaya ehtiyac olduğunu deyib.
İki qız körpəsində tapılan mutant gen CALM2 G114R-nin ilk kəşfi 2019-cu ildə Avstraliya Milli Universitetinin immunologiya və genomik tibb professoru Karola Vinuezanın rəhbərlik etdiyi qrup tərəfindən edilib.
Professor Vinuesa Britaniya mətbuatına deyib: "Biz Sara və Laurada heç vaxt bildirilməyən, Ketlindən miras qalmış mutasiya tapdıq".
Petisiyanı imzalayan 90 alim arasında olan pediatriya və ictimai səhiyyə tədqiqatçısı, professor Fiona Stanley deyib: “Tibbi və elmi sübutların şərti sübutların xeyrinə nəzərə alınmaması dərin narahatlıq doğurur. İndi Folbiq uşaqlarının ölümləri üçün alternativ izahatımız var".
Samir