Aviaşirkət səhvən turistə 10 il qadağa qoyub - Adı başına bəla oldu

DÜNYA
22:18 / 05.06.2023
684

Böyük Britaniyanın hava yolu şirkəti easyJet uçuşdan bir gün əvvəl Kieran Harris adlı 21 yaşlı turistə 10 il ərzində təyyarələrində uçuşlara icazə verilmədiyini bildirib.

HİT.az "Mirror"a istinadən xəbər verir ki, 21 yaşlı oğlan dostları ilə birlikdə 25 may 2023-cü ildə Liverpuldan (Böyük Britaniya) Alikanteyə (İspaniya) təyyarə ilə uçmalı imiş. Lakin çoxdan gözlənilən uçuş ərəfəsində bir ay əvvəldən bilet alan dostuna məktub gəlib ki, onlardan biri təyyarəyə minə bilməyəcək.

Məlum olub ki, Kieran Harrisə keçmişdəki "səhv davranışlna görə" 15 mart 2031-ci ilə qədər 10 illik uçuş qadağası qoyulub.

Lakin sonradan məlum olub ki, aviaşirkət onu 2021-ci ildə easyJet uçuşunda sərxoş halda aqressiv və təhqiramiz davranışa görə 12 həftəlik həbs cəzasına məhkum edilmiş bir oğlanla səhv salıb. Onların nəinki adları, həm də doğum tarixləri eynidir.

Kieran iddia edir ki, bu cür oxşarlıqlara görə ilk dəfə əziyyət çəkmir. Polis daha əvvəl onu səhvən Kieran Harris kimi tanıdıqdan sonra evinə basqın etdi. Başqa bir halda, polis onu qəzaya düşən başqa şəxslə səhv salıb.

Buna görə də aviaşirkətdən imtina cavabı aldıqdan sonra o, dərhal texniki dəstəyə müraciət edib. Müştəri xidmətinə şəxsiyyət vəsiqəsini göndərdikdən sonra ona "stop" qoyulmadığı müəyyənləşib. 

İndi Harris deyir ki, belə hadisələr davam edərsə, hətta adını dəyişməyi də düşünür.

Samir

0