Rusiya üçün xüsusi tribunalın yaradılmasını 38 dövlət dəstəkləyir

DÜNYA
21:38 / 05.06.2023
414

"Hazırda Rusiya işğalçıları üçün xüsusi tribunalın yaradılmasını 38 ölkə, o cümlədən Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya və başqaları dəstəkləyib".

HİT.az "Radio Svoboda"ya istinadən xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbərinin müavini Andriy Smirnov deyib.

"Biz nə istədiyimizi və tribunalın modelinin necə görünməli olduğunu başa düşürük. Əgər tribunalın yaradılması zərurətini müdafiə etdiyimiz ilk altı ayda çoxsaylı müzakirələr kifayət qədər şübhəli idisə, 2022-ci ilin ikinci yarısından etibarən, sivil dünyanın əksər hissəsi ümumi bir nəticəyə gəldi ki, mexanizm lazımdır. Yəni mexanizmin yaradılmasının məqsədəuyğunluğu məsələsi artıq mövcud deyil. Və dünyanın həqiqətən də təcavüz cinayətinə görə məsuliyyəti cəlb etmək üçün effektiv mexanizmə ehtiyacı var", deyə Andriy Smirnov bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin payızından başlayaraq ilkin olaraq 20-yə yaxın dövlətin daxil olduğu koordinasiya qrupu yaradılıb, bu gün isə artıq 38 ölkə var.

Samir

0