"Ukrayna gözlənilən əks hücuma yaxşı hazırlaşıb" - Amerikalı general

DÜNYA
20:39 / 05.06.2023
614

"Ukraynanın Rusiyaya qarşı əks-hücum üçün çox yaxşı hazırlaşmasına baxmayaraq, nəticələr barədə danışmaq hələ tezdir"

HİT.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.

"Onlar Ukraynanın özünün mövcudluğu üçün təhlükə olan və dünyanın qalan hissəsi - Avropa, ABŞ, həm də bütün dünya üçün daha vacib olan müharibədədirlər", deyə Millli bildirib.

Rusiya ərazisinə, o cümlədən Moskva və Belqorod ərazisinə naməlum pilotsuz təyyarələrin hücumlarını şərh edən amerikalı general qeyd edib ki, hər zaman eskalasiya riski var və ABŞ bunu "çox diqqətlə” izləyir.

Samir

0