ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı Ben Hodces “hərbi Şengen”in yaradılmasının zəruriliyini açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə "Washington Post" yazır.
Generalın fikrincə, etibarlı çəkindirmə və müdafiəni təmin etmək üçün Avropa hərbi logistikaya sərmayə qoymalıdır.
Hodcesin sözlərinə görə, Avropa İttifaqında zirehli maşınları daşıya bilən dəmir yolu vaqonları və ya müasir müharibə üçün kifayət qədər geniş körpülər və tunellər yoxdur.
Keçmiş baş komandan bildirib ki, NATO karvanlarına “alma daşıyan yük maşınları ilə eyni rahatlıqla sərhədləri keçməyə” imkan verəcək “hərbi Şengen zonası” yaratmaq üçün diplomatik iş lazımdır.
Qeyd edək ki, hazırda Şengen zonasına 26 ölkə daxildir: 22 Aİ dövləti, həmçinin İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn.
Samir