Fransa və Çin Ukrayna məsələsində razılığa gəldi

DÜNYA
17:00 / 06.06.2023
335

Fransa və Çin Ukraynada müharibəyə son qoymaq üçün əməkdaşlığı davam etdirir. Dünənki telefon danışığı zamanı Çinin baş diplomatı Vanq Yi və Fransa prezidenti Emmanuel Makronun xarici siyasət üzrə müşaviri Emmanuel Bonnet “siyasi nizamlanma prosesinin başlanması üçün şərait yaratmaq” barədə razılığa gəliblər.

Poliqon xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Tərəflər Ukrayna məsələsində öz mövqelərini razılaşdırıblar və siyasi nizamlanma prosesinin başlanması üçün toplanması və şərait yaradılmasını davam etdirmək barədə razılığa gəliblər”, deyə bəyanatda qeyd edilir.

Tərəflərin “həll prosesini” necə gördüyü barədə ətraflı məlumat verilmir.

Həmçinin bildirilir ki, Vanq Yi prezident Emmanuel Makronun aprel ayında Çinə səfərini yüksək qiymətləndirərək, bunu uğur adlandırıb. Çin tərəfi vurğulayır ki, onlar Parisdən Pekin ilə Avropa İttifaqı arasında əməkdaşlığın qurulmasına kömək göstərəcəyini gözləyir.

“Güman edilir ki, Fransa tərəfi Çinə qarşı rasional və aktiv siyasət yürütməkdə davam edəcək, Çin ilə Aİ arasında münasibətlərin sağlam və sabit inkişafında konstruktiv rol oynayacaq”, deyə əlavə edilib.

Samir

0