İngiltərədə qorxunc statistika: Cinsi xəstəliklər rekord həddə çatıb

DÜNYA
19:35 / 06.06.2023
224

İngiltərədə narahatlıq doğuran məlumatlar: yoluxucu cinsi xəstəliklər rekord səviyyədə

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) 2022-ci il üçün yoluxucu cinsi xəstəliklərin statistikasını dərc edib.

HİT.az xəbər verir ki, agentlik bu xəstəliklərin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.

Süzənək xəstəliyinin 2022-ci ildə 50,3 faiz artdığı qeyd edilib. Bunun bu barədə statistikaların aparılmağa başladığı 1918-ci ildən bəri ən yüksək diaqnoz olduğunu vurğulanıb.

Hesabatda həmçinin qeyd olunub ki, 2022-ci ildə 8692 nəfərə sifilis diaqnozu qoyulub ki, bu da II Dünya müharibəsindən bəri ən yüksək göstəricidir.

"2022-ci ildə süzənək diaqnozlarının sayı qeydiyyat başlanandan bəri bildirilən ən yüksək illik rəqəmdir, sifilis diaqnozlarının sayı isə 1948-ci ildən sonrakı ən yüksək illik rəqəm olub", deyə UKHSA-dan bildirilib.

Hesabatda gonoreyanın hər yaşda olan insanlarda artdığı, lakin ən çox artımın 15-24 yaş arası gənclərdə olduğu vurğulanıb. Cinsi yolla keçən digər xəstəlik olan xlamidiya isə əvvəlki illə müqayisədə 24,3% artıb.

Samir

0