Almaniya və Hindistan sualtı qayıq istehsalına başlayır - 5.2 milyardlıq layihə

DÜNYA
22:48 / 06.06.2023
338

Almaniya Hindistanla bu ölkənin ərazisində dizel sualtı qayıqlarının birgə hazırlanmasına dair müqavilə bağlamağı planlaşdırır.

HİT.az xəbər verir ki, "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Almaniyanın ən böyük sənaye konsernilərindən biri olan "Thyssenkrupp AG" və Hindistanın "Mazagon Dock Shipbuilders Limited" şirkətləri altı sualtı qayığın tikintisi üzrə tenderdə iştirak edəcəklər. Layihənin dəyəri 5,2 milyard dollar təşkil edəcək.

Agentliyin məlumatına görə, Hindistanın ölkənin dəniz qüvvələrinin (Dəniz Donanmasının) köhnəlməsi fonunda yeni sualtı qayıqlara ciddi ehtiyacı var. Hind okeanında effektiv patrul xidməti üçün ən azı 24 sualtı qayıq tələb olunur, lakin Hərbi Dəniz Qüvvələrinin hazırda 16 qayığı var. 

Rusiya və Ukrayna arasında uzanan hərbi münaqişə də Nyu-Dehlini hərbi texnika tədarükçülərini genişləndirməyə sövq edir. "Bloomberg" qeyd edir ki, Almaniya kansleri Olaf Şolts Almaniya və Avropa müdafiə şirkətlərini baş nazir Narendra Modinin “Rusiyadan asılılığını” azaltmaq üçün Hindistan ordusunun müasir hərbi texnika ilə təchizatını artırmağa çağırır.

Bu gün, iyunun 6-da Yeni Dehliyə gələn Almaniyanın müdafiə naziri Boris Pistoriusun Hindistana iki günlük səfəri zamanı tərəflərin birgə istehsalla bağlı ilkin saziş imzalayacağı gözlənilir. "Bu, təkcə Almaniya sənayesi üçün deyil, həm də Hindistan və Hindistan-Almaniya strateji tərəfdaşlığı üçün böyük və vacib müqavilə olacaq", deyə  Pistorius bildirib.

Samir

0