"Bu fəlakətə görə cavabdeh Rusiyadır" - Alman nazir

DÜNYA
20:00 / 06.06.2023
366

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok Rusiyanı Kaxovka SES-də baş vermiş texnogen fəlakətə görə cavabdeh adlandırıb.

Hit.az "Bild"ə istinadən xəbər verir ki, nazir bunu San-Pauluya (Braziliya) səfəri zamanı deyib.

"Bu texnogen və ekoloji fəlakətə görə məsuliyyət daşıyan yalnız bir səbəbkar var - Rusiyanın Ukraynadakı cinayətkar və aqressiv müharibəsi", deyə XİN başçısı bildirib.

Nazirin sözlərinə görə, Almaniya hakimiyyəti hazırda Su Elektrik Stansiyasında baş verən partlayışın səbəblərini öyrənmək üçün Ukrayna, G7 ölkələri və MAQATE ilə əməkdaşlıq edir.

Berbok rusların mülki bənddən Ukraynaya qarşı silah kimi istifadə etdiyini vurğulayıb:

“Atom Elektrik Stansiyasının yanında mülki bənd olan Kaxovka SES-in bəndindən silah kimi istifadə edilib və bu, ərazidəki insanların həyatını böyük təhlükə altında qoyub".

Samir

0