Milyonçunun gənc qalmaq üçün atdığı addım hər kəsi şoka saldı - 17 yaşlı oğlunun…

15:17 / 07.06.2023
404

Bryan Conson adlı məşhur amerikalı texnologiya milyarderi gənc oğlu və atası ilə qan plazmasını dəyişdirib. 

AZXEBER.COM xəbər verir ki, milyoner qocalmamaq üçün 17 yaşlı oğlunun qanını özünə iynə vurur.

Əvvəllər sağlam donordan qan götürən Conson bu dəfə 17 yaşlı oğlu Talmage və 70 yaşlı atası Riçarddan plazma almağa razılaşıb. 

Bildirilir ki, Bryan Consonun beyni, ürəyi, ağciyərləri, qaraciyəri, böyrəkləri, vətərləri, dişləri, dərisi, saçları, sidik kisəsi, cinsiyyət orqanı və düz bağırsağının 18 yaşındakı vəziyyətinə qaytarılması üçün həkimlərdən məsləhətlər alıb. ABŞ mətbuatında yer alan xəbərlərə görə, bu qeyri-adi qanköçürmə Dallas şəhərindəki sağlamlıq klinikasında həyata keçirilir.

Conson son iki ildə bioloji yaşını beş ildən çox azaltdığını iddia edir. 

Bryan Conson ailədə gənc qalmaq istəyən tək adam deyil. Bryan Consonun atası Riçard Conson da ömür boyu gənc görünmək istəyənlərdəndir. Buna görə də Bryan Conson öz qanının bir hissəsini atasına verir.

0