Ermənistan KTMT-dən ayrılır? - ŞƏRH

DÜNYA
16:26 / 07.06.2023
879

Son günlərdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyi iddia olunur.

Bu iddianın gündəmə gəlməsi isə birbaşa İrəvan hakimiyyəti ilə bağlıdır. Çünki Ermənistan rəsmiləri son aylarda davamlı şəkildə KTMT-dən çıxa biləcəkləri ilə bağlı bəyanatlar səsləndirirlər. Bununla da Ermənistanın KTMT-ni tərk edəyi ilə bağlı ehtimal gündəmə gəlir və müzakirə olunmağa başlayır.

Ümumiyyətlə, mövcud vəziyyətdə Ermənistanın KTMT-ni tərk etmə ehtimalı nə dərəcədə realdır?

Bununla bağlı HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, Ermənistanın KTMT-dən çıxacağı inandırıcı görünmür:

327551

"Hələ də Ermənistanda Rusiyameyilli qüvvələr mövcuddur. Əgər Ermənistan rəhbərliyi belə bir addım atarsa, onda ölkə daxilində olan Rusiyameyilli qüvvələr mütləq şəkildə Nikol Paşinyan iqtidarına qarşı baş qaldıracaqlar. Düşünürəm ki, bu cür addım atılacağı təqdirdə hadisələr Ermənistanda siyasi, hərbi və iqtisadi katakalizmlərə yol açacaq.

Bu da həqiqətdir ki, Baş nazir Nikol Paşinyan başda olmaqla, Ermənistan rəsmilərinin dilindən KTMT-dən çıxmaqla bu və ya digər formada bəyanatlar eşidirik. Şübhəsiz ki, bu da səbəbsiz deyil. Ermənistan tərəfi bu cür bəyənatlar səsləndirməklə mərkəzində dayandığı KTMT-nin hərbi cəhətdən onlara heç bir fayda vermədiyini deməyə çalışır. Onlar, Ermənistanda Rusiyayönümlü insanlara tam başa salmaq istəyirlər ki, bu təşkilatın ölkəyə heç bir faydası yoxdur. Həmçinin, rəsmi İrəvan KTMT-nin və Rusiyanın yaratdığı istənilən təşkilatın formal xarakter daşıdığını dünyaya göstərmək istəyir".

Politoloq hesab edir ki, Qərb Ermənistan vasitəsilə Rusiyanın yaratdığı və inkişaf etdirmək istədiyi təşkilatları ifşa edir:

"Qərb KTMT-nin "şişirdilmiş şar" olduğunu həm erməni cəmiyyətinə, həm də dünya ictimaiyyətinə göstərməyə çalışır. Buna rəğmən, Ermənistanın yaxın zamanda KTMT-dən çıxacağını düşünmürəm. Əslində Ermənistanın KTMT-də olmağının və ümumiyyətlə o təşkilatın mövcudluğunun Qərb üçün ciddi bir əhəmiyyəti və ya təhlükəsi yoxdur. Çünki KTMT həm İkinci Qarabağ müharibəsində, həm də Rusiya-Ukrayna müharibəsində fəaliyyətsiz olduğunu və sadəcə təşkilat xatirinə yarandığı göstərir".

Pərviz

0