Rusiyanı düşmən kimi görən avropalıların sayı kəskin artıb - "The Guardian"

DÜNYA
22:23 / 07.06.2023
461

Rusiyanın Ukraynaya hücumundan 15 ay sonra Moskvaya düşmən və ya rəqib kimi baxan avropalıların sayı müharibədən əvvəlki səviyyə ilə müqayisədə iki dəfə artıb. Lakin Avropanın şərq qonşusu ilə uzunmüddətli münasibətlərinə dair fikirlər hələ də çox fərqlidir.

HİT.az xəbər verir ki, bu barədə “The Guardian” Avropa Xarici Əlaqələr Şurasının (ECFR) bir neçə ölkədə keçirdiyi sorğunun nəticələrinə istinadən yazır.

Sorğu həmçinin müəyyən edib ki, böyük əksəriyyət ABŞ-a güvənmək əvəzinə Avropa İttifaqının müdafiə qabiliyyətini gücləndirməsinə üstünlük verir və bir çox avropalılar Çini rəqib yox, tərəfdaş kimi görürlər.

"Avropalılar Aİ-nin xarici siyasətdə daha müstəqil olmasını və özünün müdafiə imkanlarını inkişaf etdirməsini istəyirlər", deyə araşdırmanın müəlliflərindən biri Jana Pulyer bildirib.

"Bu, Aİ üçün dönüş nöqtəsi ola bilər. Onlar blok daxilindəki fikir ayrılıqlarını həll edə və ABŞ-dan asılılıqdan öz siyasi mövqelərini müdafiə edə biləcək mövqeyə keçə bilərlər", deyə o edib.

Samir

0