İspaniyada rekord: Son 62 ilin ən isti yaz mövsümünü yaşanıb

DÜNYA
23:12 / 07.06.2023
303

Bu il İspaniyada 1961-ci ildən bəri ən isti yaz mövsümü yaşanıb.

HİT.az istinadən xəbər verir ki, İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) ölkədə qeydlərin aparılmağa başladığı 1961-ci ildən bəri ən isti yaz mövsümü olduğunu açıqlayıb. 

Açıqlamaya görə, bu ilin yaz aylarında orta temperatur mövsüm normalarından təxminən 2 dərəcə yuxarı müşahidə edilərək, 14,2 dərəcəyə çatıb. AEMET sözçüsü Ruben del Kampo, aprel ayının sonlarına doğru ölkədə təsirli olan isti dalğası səbəbindən quraqlığın yüksək həddə çatdığını və may ayının ortalarından etibarən təsirli yağıntılarla birlikdə quraqlığın azalmağa başladığını deyib.

Bununla belə, quraqlıq probleminin uzun müddətdə davam etdiyini dilə gətirən Kampo, proqnozlara görə, yay mövsümündə həddindən artıq isti havanın təsirli olacağını da bildirib.

İspaniya hökuməti keçən ay quraqlıqla mübarizə üçün 2,2 milyard avro ayırdığını açıqlamışdı. Ölkədə ən isti yaz fəsli sonuncu dəfə 1997-ci ildə qeydə alınıb.

Samir

0