Avropa İttifaqından koronavirus xəbərdarlığı

DÜNYA
22:02 / 07.06.2023
398

Koronavirus epidemiyasının başlaması ilə bir çox peyvənd hazırlanmış və təsdiq edilmişdi. Amma indi Avropa İttifaqının Səhiyyə Qurumları bu peyvəndlərin yenilənməsini tələb edir.

İndiyə qədər təsdiqlənmiş peyvəndlər xəstəxanaya yerləşdirmənin, ağır xəstəliklərin və ölümün qarşısını alır. Lakin yeni növlər meydana çıxdıqca qorunma zəifləyir.

HİT.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Niderlandın paytaxtı Amsterdamda beynəlxalq tənzimləyici qurumlarla görüş keçirib və vaksinlərin yenilənməsi müzakirə olunub.

Avropa Dərman Agentliyinin Peyvənd Strategiyası Direktoru Marko Kavaleri peyvəndin əhəmiyyətinə diqqət çəkərək “Səhiyyə orqanları qorumanı toxunulmaz saxlamalıdır. Peyvəndlər xəstəxanaya yerləşdirmə və ölüm hallarının qarşısını almaq üçün ən yaxşı seçimdir”, deyib.

Bu səbəbdən vaksinlərin virusun yeni ştammlarına uyğun olaraq yenilənməsi tövsiyə olunub.

Bundan əlavə, Avropa Dərman Agentliyi Avropa ölkələrinə peyvənd kampaniyalarını davam etdirməyi, əhalinin 3 və ya 4 aylıq fasilələrlə peyvənd edilməsini tövsiyə edib.

Samir

0