Türkiyədə saxlanılan qanuni oğrular müxtəlif ölkələrə göndərildi

DÜNYA
18:10 / 07.06.2023
249

Bir neçə ay əvvəl Türkiyədə saxlanılan qanuni oğrular müxtəlif ölkələrə göndərilib.

HİT.az xəbər verir ki, həmin qanuni oğrular deportasiya mərkəzində saxlanılırdı. Onların arasında Rusiya tərəfindən axtarışda olan qanuni oğrular da var. 

Rusiya KİV-i yazıb ki, həmin kriminalitetlər hələ bu ölkəyə ekstradisiya olunmayıb. 

Qanuni oğrular saxlanıldıqdan sonra isə belə məlumat yayılıb ki, Türkiyə hüquq-mühafizə orqanları Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FTX) daxil olan hansısa sənəd əsasında əməliyyat keçirib. 

Əməliyyat zamanı Georgi Manukyan (Jora Tbilisski) və Temuri Nemitsveridze (Tsrıpa) İstanbulda, Roin Uqlava (Mateviç), Elqoca Turkadze (Qoca), Hüseyn Əhmədov (Hüseyn Slepoy), Vladimir Jurakovski (Vova Puxlıy) və Otari Totoçiya (Batya) Antalyada saxlanılıb.

FTX-nin sənədində Türkiyədə msəkunlaşan qanuni oğruların bu ölkənin təhlükəsizliyinə təhdid yarada biləcəyi vurğulanıb. 

Anar

0