Şimali Koreya liderindən məmurlara tapşırıq: İntiharların qarşısını alın!

DÜNYA
21:44 / 07.06.2023
389

Şimali Koreya lideri Kim Çen In yerli hakimiyyət orqanlarına məxfi tapşırıq verib və onlardan yaşadıqları ərazilərdə intiharların qarşısını almağı tələb edib. 

HİT.ax xəbər verir ki, bu barədə Azad Asiya Radiosu (RFA) mənbələrə istinadən məlumat yayıb. 

Mənbələrin bildirdiyinə görə, bu sərəncamda intihar “sosializmə və vətənə xəyanət aktı” olmaqla yanaşı, “sosial çağırış” adlandırılır. Əyalət, şəhər və rayon səviyyələrində partiya komitələrinə göndərilən əmrdə Kim Çen In yerli hakimiyyət orqanlarından intiharların qarşısını almaq üçün tədbirlər görməyi tələb edir. Həmçinin, belə hallara görə yerli hakimiyyət orqanlarının məsuliyyət daşıyacağı bildirilir.

RFA mənbələrinin məlumatına görə, bu, ölkədə intiharların sayının kəskin artması ilə bağlıdır. Mayın sonunda Cənubi Koreya Milli Kəşfiyyat İdarəsi də Şimali Koreyada intiharların sayının ötən illə müqayisədə 40% artdığını bildirib. Onun sözlərinə görə, bu, "Şimali Koreyada əhalinin acınacaqlı durumu ilə bağlı çoxlu sayda daxili narahatlıqlar"la bağlıdır.

Şimali Koreyanın Şimali Hamqyonq əyalətindən olan bir RFA mənbəsinə görə, ilin əvvəlindən təkcə Çonqjin şəhərində və ətraf rayonlarda 35 intihar hadisəsi baş verib və çox vaxt intiharlar bütün ailələr tərəfindən həyata keçirilir. “İntiharların çoxu ifrat yoxsulluq və aclıq üzündən baş verir ki, heç kim (yerli məmurlar) hazırda əks tədbirlər təklif edə bilmir”, deyə mənbə bildirib.

Samir

0