Bill Qeytsin ağcaqanadları... - Yeni epidemiya yayılacaq?

DÜNYA
20:00 / 07.06.2023
284

Microsoft şirkətinin yaradıcısı, milyarder Bill Qeyts keçən il alimlərin Kolumbiyada ağcaqanad istehsal etdikləri ilə bağlı bir post paylaşmışdı.


Ötən ilin avqustunda paylaşılan postdan sonra dünyada “planlı epidemiya” iddiaları gündəmə gəlmişdi.


Belə ki, milyonlarla geni dəyişdirilmiş ağcaqanad sərbəst buraxıldıqdan az sonra Avstraliyanı istila etdilər. Bill Geytsə məxsus olduğu iddia edilən Kolumbiyadakı ağcaqanad fabriki hər həftə 11 ölkəyə 30 milyon geni dəyişdirilmiş ağcaqanad göndərir. Bu vəziyyət sosial mediada fərqli şərh edilsə də, bəzi istifadəçilər bunu “planlı epidemiya” layihəsinin həyata keçirilməsi kimi qiymətləndirirlər.


Bəzilərinə görə, bu, geni dəyişdirilmiş ağcaqanadların yaratdığı yoluxucu xəstəliklərdən qorunmaq üçün bir araşdırmadır. Bəzilərinə görə, Bill Qeyts ağcaqanad layihəsi ilə yeni bir epidemiya üzərində işləyir.


Qeyd edək ki, Dünya Ağcaqanad Proqramı insanları Wolbachia bakteriyası ilə yoluxmuş milçəklər vasitəsilə dang, zika, sarı qızdırma və çikungunya kimi ağcaqanadlarla ötürülən xəstəliklərdən qorumaq məqsədi daşıyır. Tədqiqatçılar düşünürlər ki, daşıyıcı ağcaqanadlara Wolbachia bakteriyası verilsə, bu, onların dang virusunu ötürməsinin qarşısını ala bilər. Wolbachia yalnız həşərat hüceyrələrinin içərisində yaşaya bildiyindən, onun dişləmə yolu ilə insanlara ötürüldüyünə dair heç bir məlumat yoxdur. Bill Qeyts təşkilata maliyyə dəstəyi ilə 2004-cü ildə proqrama qoşulub. Bu üsul təkcə Dünya Ağcaqanad Proqramı çərçivəsində istifadə edilmir. ABŞ-da Ətraf Mühitin Mühafizəsi Agentliyi yoluxucu xəstəliklərin azaldılması üçün Wolbachialı ağcaqanadlarla işləyir.

0
Bakupost.az