Kanada Bankından 22 illik rekord

22:47 / 07.06.2023
260

Kanada Bankı uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,75%-ə çatdırıb.

HİT.az xəbər verir ki, bu son 22 ilin ən yüksək səviyyəsidir.

Bankdan verilən açıqlamada pul siyasətinin sərtləşdirməsinin davam etdiyi bildirilib.

Açıqlamada əsas götürülən overnayt faiz dərəcəsinin 25 bənd artırılaraq 4,50-dən 4,75 faizə qaldırıldığı qeyd edilib. Bazar gözləntiləri bankın faiz dərəcəsini sabit saxlaması idi. Beləliklə, Kanadada faiz dərəcəsi 2001-ci ildən bəri ən yüksək səviyyəyə qaldırılıb.

Qeyd edilib ki, qlobal inflyasiyanın aşağı düşməsi, əsasən, bir il əvvəllə müqayisədə enerji qiymətlərinin aşağı düşməsini əks etdirir, lakin inflyasiya inadkar şəkildə yüksək olaraq qalır.

Açıqlamada yüksək faiz dərəcələri fonunda dünya üzrə iqtisadi artımın yumşaldığı və əsas mərkəzi bankların qiymət sabitliyini bərpa etmək üçün faiz dərəcələrinin daha da artırılmasının lazım ola biləcəyinə dair siqnallar verdiyi bildirilib.

Açıqlamada Kanada iqtisadiyyatının 2023-cü ilin ilk rübündə yüzdə 3,1 artımla gözləniləndən daha güclü olduğu ifadə edilərək, istehlak artımının təəccüblü dərəcədə güclü və geniş əsaslı olduğu qeyd edilib.

Samir

0