NATO ölkələri Ukraynaya qoşun yeridəcək? - Rəsmi açıqlama

16:11 / 08.06.2023
354

"NATO-ya üzv ölkələrin qoşunları ölkəmizdə müharibə bitənə qədər Ukrayna ərazisində olmayacaq".

HİT.az xəvər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “1+1 Ukrayna” telekanalında “1+1 ilə səhər yeməyi” səhər şousunun efirində deyib.

"Ukrayna ərazisində silahlı münaqişə bitənə qədər xarici dövlətlər öz qoşunlarını dövlətimizin ərazisinə daxil etməyəcək. Üstəlik, biz bunu tələb etmirik. Deyirik, silah verin, onlarla özümüz döyüşərik", deyə Kuleba qeyd edib.

O əlavə edib ki, Ukrayna NATO-ya daxil olduqdan sonra ordusu onların müdafiəsi üçün Alyansın digər ölkələrində yerləşdiriləcək.

Ukraynaya F-16 qırıcı təyyarələrinin verilməsini şərh edən XİN rəhbəri qeyd edib ki, bu baş verəcək, lakin ilk növbədə təlim prosesini təşkil etmək və digər məsələləri həll etmək lazımdır:

"İyun ayında təlimə başlamaq ideyası siyasi idi. İndi hərbçilər bütün bunları planlaşdırır və təşkil etmək üzərində işləyir, çünki bu, çətin prosesdir. Aviasiya koalisiyası hər gün güclənir, hər şey yaxşı olacaq". 

Samir

0