Aİ ölkələri yeni anti-Rusiya sanksiyaları ilə bağlı razılığa gələ bilmədi - "Politico"

DÜNYA
15:42 / 08.06.2023
477

7 iyun ərəfəsində Avropa İttifaqı ölkələrinin nümayəndələri yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. 

HİT.az xəbər verir ki, bu barədə "Politico"ya özəl mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa Komissiyası iclasdan əvvəl məhdudiyyətlərin başqa versiyasını təqdim etsə də, bu, razılaşmaya gətirib çıxarmayıb. Aİ səfirləri iyunun 14-də yenidən görüşəcəklər.

Diplomatlardan biri "Politico"ya bildirib ki, səfirlər razılığa “yaxınlaşırlar”. Nəşrin məlumatına görə, Yunanıstan və Macarıstan paketin qarşısını almaqda davam edir. Onlar Ukraynadan öz şirkətlərini “müharibə sponsorları” siyahısından çıxarmağı tələb edirlər. Bundan əlavə, Almaniya və Fransa da daxil olmaqla bir sıra ölkələr Rusiyanın sanksiyalarından yayınmanın qarşısının alınması tədbirlərinin digər ölkələrlə diplomatik əlaqələrə zərər verə biləcəyindən narahatdırlar.

Aİ-nin 10-cu sanksiya paketi fevral ayında təqdim edilib. O vaxtdan bəri yeni tədbirlər müzakirə edilir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərinə görə, dünyada sanksiyalar rejimini pozan 90-dan çox şirkətə qarşı məhdudiyyətlər tətbiq olunacaq.

Samir

0