Kanadada tüğyan edən meşə yanğınları fonunda havası ən çirkli şəhərlərin dünya reytinqində Nyu-York birinci yeri tutub.
HİT.az bu barədə dünyanın ən böyük şəhərlərində havanın keyfiyyətinə nəzarət edən IQAir saytının məlumatlarına istinadən xəbər verir.
Kanadadakı meşə yanğınları Nyu-York və bəzi digər Amerika şəhərlərini sarı dumanla bürüyüb. Nyu York Şəhər Sağlamlıq və Psixi Gigiyena Departamentinin məlumatına görə, şəhər 1960-cı illərdən bəri ən pis hava keyfiyyətini yaşayır. Bələdiyyə sədri Erik Adams vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.
Astma, infarkt və insult, həmçinin göz qıcıqlanması, dəri qaşınması və səpgilər olan xəstələrin xəstəxanaya müraciətlərinin artdığı bildirilir. Hakimiyyət vətəndaşları küçələrdə maskalı gəzməyə çağırıb.
Artıq həftələrdir ki, Kanadada meşə yanğınları davam edir. Bir çox yanğın hələ də nəzarət altına alına bilmir.
Samir