Böyük Britaniya Belarusa qarşı sanksiyaları genişləndirir

DÜNYA
16:54 / 08.06.2023
372

Minskin Moskvaya verdiyi dəstəyə görə Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

HİT.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Reuters”ə bildirib.

“Yeni sanksiyalar paketi Ukraynanın ərazi bütövlüyünə məhəl qoymadan Rusiyanın başçılıq etdiyi hərbi əməliyyatlara fəal yardım edən prezident Aleksandr Lukaşenko və onun rejiminə iqtisadi təzyiqi artıracaq", deyə nazir bildirib.

Sanksiya siyahısının yenilənmiş variantı və ona şərhlər hələ Xarici İşlər Nazirliyi tərəfindən dərc edilməyib. Bununla belə, "Reuters" aydınlaşdırır ki, tətbiq edilən sanksiyalara başqa şeylərlə yanaşı, Belarusdan qızıl, taxta, rezin və sement idxalına qadağa da daxildir.

Belarusa sənaye avadanlıqlarının, əskinasların, kimyəvi və bioloji silahların yaradılması üçün istifadə oluna bilən malların tədarükünə də məhdudiyyətlər qoyulur.

Böyük Britaniya həmçinin Belarusa ikili təyinatlı malların, sənaye avadanlıqlarının və əskinasların tədarükünə qadağa qoyur.

Samir

0