Avropa İttifaqı bu sahəyə 8,1 milyard avro ayırdı

18:15 / 08.06.2023
393

Avropa İttifaqı (Aİ) əsasən Almaniya olmaqla 14 üzv ölkədə 56 şirkətin birgə mikroelektronika və kommunikasiya layihələri üçün ümumilikdə 8,1 milyard avro dövlət dəstəyini təsdiqləyib.

HİT.az xəvər verir ki, Aİ Komissiyası, Birliyin ictimai dəstək qaydalarına əsasən, tədqiqat, innovasiya və mikroelektronika və kommunikasiya texnologiyalarının quraşdırılmasına kömək edəcək yeni layihələrin təsdiq edildiyini açıqlayıb.

Açıqlamada Avstriya, Çexiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Malta, Niderland, Polşa, Rumıniya, Slovakiya və İspaniyanın birgə hazırladığı “Ümumi Avropa Maraqlarının Əhəmiyyətli Layihələri”nin hazırlandığı bildirilib. Bu ölkələrin texnoloji layihələrinin ümumi dəyəri 8,1% milyard avrodur.

56 şirkətin 68 fərqli layihəni öhdəsinə götürəcəyinə diqqət çəkən açıqlamada veriləcək dövlət dəstəyinə əlavə olaraq, layihələr üçün özəl sektordan 13,7 milyard avro cəlb edilməsinin gözlənildiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, layihələr yeni mikroelektronika və kommunikasiya həlləri istehsal edəcək, enerjiyə və resursa qənaət edən elektron sistemlər və istehsal üsulları inkişaf etdirəcək və bu rəqəmsal və yaşıl transformasiyaya töhfə verəcək.

Layihələrin 5G, 6G, avtonom sürücülük, süni intellekt və kvant hesablama kimi sahələrdə texnoloji tərəqqiyə töhfə verəcəyinə diqqət çəkilərək, layihələr çərçivəsində ilk yeni məhsulların 2025-ci ildə istifadəyə veriləcəyi və bütün layihələrin həyata keçiriləcəyi bildirilib. 2032-ci ilə qədər başa çatdırılması gözlənilir.

Airbus, ASML, Bosch, Ericsson, Nokia, Renault, Valeo kimi iri şirkətlər də layihələrin iştirakçıları arasındadır.

Mövzu ilə bağlı açıqlama verən Almaniya İqtisadiyyat Nazirliyi də Aİ Komissiyasının yeni texnologiyalara dəstək planını təsdiqlədikdən sonra ölkədə 31 mikroelektronik layihə üçün təxminən 4 milyard avro maliyyələşdiriləcəyini bildirib.

Samir

0