Türkiyənin güc strukturları qanuni oğrunu Afrikaya göndəridi

DÜNYA
21:28 / 08.06.2023
791

Türkiyə hüquq mühafizə orqanları rusiyalı qanuni oğru Vladimir Juravkovski (Vova Puxlıy) maraqlı qərar verib.

Hit.az xəbər verir ki, bir müddət əvvəl saxlanılan qanuni oğru Konqo dövlətinə göndərilib.

Bəzi məlumatlara görə bu, Vladimir Juravkovskinin öz istəyi əsasında baş verib. Lakin Rusiya KİV-ində tirajlanan məlumatlardan bunun əksi barədə qənaət yaranır.

Vova Puxlıy rus əsilli nüfuzlu qanuni oğrulardan hesab edilir. O bir müddət idi ki, Türkiyədə məskunlaşmıdı.

Bəzi məlumatlara görə, qanuni oğru Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Türkiyə hüquq-mühafizə orqanlarına ünvanladığı siyahı əsasında saxlanılıb.

Anar

0