Qərb tərəfdaşları Rusiya ilə dostluğuna görə bu Afrika ölkəsi ilə ticarəti dayandırmaq qərarına gəlsələr, Cənubi Afrika Respublikası (CAR) 32,4 milyard dollar ixrac gəlirini itirə bilər.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
2022-ci ilin sonunda Cənubi Afrikanın ümumi ixrac gəlirləri 2 trilyon randı (təxminən 105 milyard dollar) təşkil edib. Eyni zamanda, Stanlib Asset Management investisiya Fondunun məlumatına görə, bu məbləğin 30,4%-i ABŞ və Aİ-nin payına düşüb.
Cənubi Afrika iqtisadiyyatına qarşı sanksiyalar tətbiq etsələr, o, 605 milyard randı və ya ÜDM-nin demək olar 10%-ni itirə bilər.
Müqayisə üçün qeyd edək ki, Rusiya Cənubi Afrikanın ilk 20 ticarət tərəfdaşına belə daxil edilməyib. 2022-ci ilin sonunda Cənubi Afrikanın Rusiyaya ixracı 240 milyon dollara çatıb ki, bu da ölkə iqtisadiyyatının ixrac gəlirlərinin cəmi 0,23%-ni və ölkənin ÜDM-nin təxminən 0,07%-ni təşkil edir. ABŞ-a ixracdan əldə edilən gəlirin həcmi isə 9,3 milyard dollar təşkil edib.
Samir