ABŞ iki İŞİD liderinə qarşı xüsusi sanksiyalar tətbiq etdi

DÜNYA
22:13 / 08.06.2023
336

ABŞ İraq və Sahel bölgəsində fəaliyyət göstərən iki regional İŞİD liderini xüsusi məhdudiyyətlərə məruz qalan qlobal terrorçular siyahısına daxil edib.

Hit.az xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Dövlət Departamentinin dərc etdiyi rəsmi məlumatda deyilir.

“İŞİD sülh və sabitlik üçün aktiv təhdid olaraq qalır və terror fəaliyyətini dəstəkləmək üçün qlobal maliyyə sistemi ilə əlaqə saxlayır. İŞİD-in özəyi bütün dünyada operativ rəhbərlik və maliyyə təmin etmək üçün Əyalətlər Baş İdarəsinin regional ofislərinə arxalanır”, sənəddə qeyd olunur.

Belə ki, ABŞ-ın terror təşkilatının İraqdakı qanadının əmiri Abdulla ər-Rufai, həmçinin İŞİD-in Saheldəki qanadının yüksək rütbəli nümayəndəsi Əbu əl-Maynukiyə qarşı sanksiyalar tətbiq edilib.

ABŞ Dövlət Departamenti vurğulayıb ki, Birləşmiş Ştatlar qruplaşmanın terror fəaliyyətini yatırmaq üçün İŞİD-in yüksək rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə davam edəcək.

Samir

0